Bazar , 11 Yanvar 2026
Drone Cameras

Yeni Kaledoniyanın XİN başçısı: Biz öz suverenliyimizə səs veririk

Yeni Kaledoniya Fransadan 22 min kilometr məsafədə yerləşir. Bu, nəzərə alınmalı olan reallıqdır.

Boyukmillet.com xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində və mətbuat konfransında deyib.

O bildirib ki, coğrafi baxımdan bir-birilərindən çox uzaq olduqları üçün nəzərə alınmalı olan başqa bir amil də var ki, bu geosiyasətdir: “Xüsusilə, mən miqrant böhranı və Avropa İttifaqının (Aİ) böhranı haqqında düşünürəm, çünki “Brexit”dən sonra Aİ sabitliyi bərpa etməyib. Biz qürurlu xalqıq, biz öz mülkiyyətimizə, suverenliyimizə səs veririk. Amma bizim bir ortaq cəhətimiz də var – bunu Fransa parlamentinin bir neçə deputatına demək imkanım oldu – bu gün fransız xalqı çox əziyyət çəkən bir xalqdır. Nə vaxtsa Fransa dövləti öz xalqının qayğısına qalmağı bacarmalıdır”.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …