Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yeni Zaman Partiyası İlham Əliyevə dəstək bəyanatı yayıb

Yeni Zaman Partiyası fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Boyukmillet.com xəbər verir ki, bəyanatda bildirilib ki, prezident seçkilərinə öz müşahidə missiyası ilə qatılan Yeni Zaman Partiyası seçki günü ölkənin bir sıra seçki məntəqələrində və seçki dairələrində müşahidələr aparıb.

Qeyd edilib ki, seçki öncəsi prosesi də diqqətlə izləyən Yeni Zaman Partiyası seçki iştirakçıları – seçicilər, namizədlər, müşahidəçilər, məşvərətçilər üçün qanunvericiliyin tələblərinə uyğun şərait yaradıldığının şahidi olub.

Ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunması namizədlərin seçicilərlə kollektiv görüşlərində özünü daha yaxşı göstərib. Müxtəlif rayonlarda və şəhərlərdə keçirilən açıq və qapalı görüşləri namizədlərin sosial şəbəkə hesablarında və mətbuatda paylaşması mövcud mənzərəni əyani şəkildə əks etdirib.

Namizədlər üçün ayrılan pulsuz efirlər zamanı digər namizədlərin hazırkı iqtidar nümayəndəsi ilə açıq polemikalara girməsi, iqtidarın mövcud siyasətində nöqsanların açıq-aydın şəkildə dilə gətirilməsi seçkinin azad rəqabət şəraitində keçirilməsinin göstəricisi olub.

“Yeni Zaman Partiyasının müşahidəçiləri səsvermə prosesində hansısa nöqsanların qeydə alınmadığı haqda məlumatları partiyanın mərkəzi qərargahına günün müxtəlif saatlarında təqdim edib. Bu məlumatları, həmçinin, digər müşahidə missiyalarının, beynəlxalq müşahidəçilərin hesabatlarını, rəylərini nəzərə alaraq deyə bilərik ki, 7 fevral – prezident seçkiləri ədalətli, demokratik, qanunvericiliyin tələblərinə uyğun və şəffaf şəkildə keçirilib.

1000 məntəqədə quraşdırılan veb-kameralar vasitəsilə apardığımız müşahidələr də seçkinin sakit, öz axarında keçdiyini təsdiqləyib. Bu prezident seçkilərində seçicilərin öncəki seçkilərə nisbətən daha aktiv olduğu müşahidə edilib.

Düşünürük ki, seçkilər düzgün məntiqi sonluqla başa çatdı. Azərbaycan xalqının Vətən müharibəsində də, ondan əvvəlki taleyüklü məsələlərdə də inandığı, arxalandığı və güvəndiyi namizəd İlham Əliyev yenidən xalqın böyük dəstəyini qazanaraq Prezident seçildi. Biz də Yeni Zaman Partiyası olaraq seçkilərin nəticəsini legitim hesab edir və cənab İlham Əliyevi qələbə qazanması münasibətilə ürəkdən təbrik edir, Prezidentə şərəfli fəaliyyətində uğurlar arzulayırıq”, – bəyanatda vurğulanıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …