Bazar , 22 Dekabr 2024
Drone Cameras

Yenidən döyüşə atılmağa hazırıq

Biz, Qarabağ döyüşlərinin canlı şahidi, müharibə veteranı kimi, Qarabağ problemini münaqişə deyil, müharibə hesab edirik və “münaqişə”-nin sülh yolu ilə həllinə çağırış edən yerli və beynəlxalq təkilatların nümayəndələrindən Qarabağ problemini Beynəlxalq səviyyədə münaqişə kimi deyil, müharibə kimi tanınaraq qəbul etmələrini, rəsmi bəyanatlarında Qarabağ müharibəsi kimi adlandırmalarını tələb edirik. Onlardan Ermənistan qoşunlarının Azərbaycanın mülki əhalisini – uşaqları, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli addımlar atmağı, dinc əhaliyə qarşı törədilmiş cinayəti cavabsız qoymayaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyri-şərtsiz tərk edilməsini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edirik.

Qeyd etməyi lazım bilirəm ki, aprel döyüşləri Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək. Aprel döyüşləri  xalqımızın yaddaşında əbədi yaşayacaqdır.Lələtəpə və Talış kimi strateji əhəmiyyətli yüksəkliklərin düşməndən geri alınmasında iştirak edən əsgər və zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, bir çox əsgər və zabitlərimiz yaralanaraq sağlamlıqlarını itirdilər. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşaraq hər bir əsgərin tez bir zamanda sağalması üçün bütün lazımi addımları atdı.

Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində sülh danışıqları nəticə verməzsə, Azərbaycan Silahlı Qüvələrinin veteranları və ehtiyatda olan hərbçiləri, Azərbaycan prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə səfərbər olaraq əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizlənib azad edilməsi üçün yenidən döyüşə atılmağa hazırıq.

 

Vidadi Nuriyev

Qarabağ Veteranı

Beynəlxalq Diaspor Mərkəzinin departament rəhbəri

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir