Cümə , 27 Mart 2026
Drone Cameras

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı dünyanın ən güclü qeyri-nüvə silahlarından biri hesab olunan “GBU-57” (Massive Ordnance Penetrator – MOP) bunker əleyhinə bombaları ilə sarsıdıcı zərbələr endirib.

Boyukmillet.com xəbər verir ki,  hədəf birbaşa olaraq ballistik raketlərin saxlandığı nəhəng yeraltı anbarlar olub.


Təxminən 14 ton ağırlığında olan bu “super-bombalar” beton və bərk süxurların 60 metrdən çox dərinliyinə nüfuz edərək partlamaq qabiliyyətinə malikdir. Yalnız “B-2 Spirit” stel-bombardmançıları tərəfindən daşına bilən bu silahların tətbiqi Vaşinqtonun Tehranın raket potensialını yerin altında belə məhv etmək qətiyyətini nümayiş etdirir.

Hadisə yerindən daxil olan ilkin məlumatlara görə, partlayışın gücü Kods şəhərində süni zəlzələ effekti yaradıb və yeraltı tunellərin çökməsi nəticəsində raket infrastrukturuna bərpası qeyri-mümkün olan ziyan dəyib.

Bu əməliyyat, Pentaqonun mart ayı ərzində İranın müdafiə sənayesi və raket bazalarına qarşı həyata keçirdiyi “Epik Qəzəb” (Epic Fury) kampaniyasının ən ağır zərbələrindən biri hesab olunur. Hərbi ekspertlər qeyd edirlər ki, “GBU-57” bombalarının işə salınması ABŞ-ın artıq “yumşaq” hədəflərdən ən yüksək səviyyədə qorunan strateji obyektlərin məhvinə keçdiyinin göstəricisidir. Hazırda Kods şəhərində hərbi vəziyyətin elan olunduğu və ərazidən hələ də dumanların yüksəldiyi bildirilir.

Check Also

İsrail ordusu kəskin kadr çatışmazlığı yaşayır – Baş Qərargahdan xəbərdarlıq

İsrail Müdafiə Qüvvələrinin (İMQ) mövcud kadr çatışmazlığına həll yolu tapılmasa, tezliklə müdafiədə böyük problemlərlə üzləşə …