Bazar , 11 Yanvar 2026
Drone Cameras

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların səlahiyyətləri genişlənib

Azərbaycanda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adlarında və səlahiyyətlərində dəyişiklik edilib.

Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Ailə Məcəlləsinə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Bundan sonra komissiyaların “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” şəklində adlandırılacaq.

Həmçinin, dəyişikliyə görə, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini apara biləcəklər.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …