Çərşənbə , 18 Mart 2026
Drone Cameras

Yük qatarı Biləcəridən çıxdı: Rusiya buğdası Ermənistana gedir – VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar yola salınıb.

Boyukmillet.com xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu ( 19 900 tona yaxın) taxıl göndərilib.

Məlumata əsasən, qatar Azərbaycan ərazisindən sonra Gürcüstan üzərindən tranzit keçəcək və yekun olaraq Dalarik stansiyasına çatdırılacaq.

Qeyd olunur ki, bu daşınma regional dəmir yolu marşrutları vasitəsilə ərzaq yüklərinin hərəkətinin davam etdiyini və Azərbaycanın tranzit imkanlarının aktiv istifadə olunduğunu göstərir.

Check Also

ABŞ Prezidenti İrana qarşı əməliyyata görə Çinə səfərinin təxirə salınacağını güman edir

ABŞ Prezidenti Donald Tramp martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı …