Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Yunanıstanın türk düşmənçliyi davam edir – “Rusiya qazı Avropaya Türkiyədən gəlməsin”

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, “Türk axını” qaz kəməri də daxil olmaqla, Avropa İttifaqına Rusiya təbii qazının tədarükünün qadağan edilməsinə çağırıb.

Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, o, bu açıqlamanı Afinada keçirilən “Transatlantik enerji əməkdaşlığı üçün tərəfdaşlıq” konfransında verdi. Baş nazirin çıxışı forumun veb saytında yayımlanıb.

Mitsotakis bildirib ki, “ABŞ Yunanıstanı Avropanın enerji ehtiyaclarına açılan qapı kimi görür.

“Rusiya təbii qazı ora Avropaya arxa qapıdan, Türkiyə vasitəsilə daxil ola bilməz. Biz Yunanıstandan başlayacaq və Ukraynada bitəcək “Şaquli dəhliz”ə hazır olmalıyıq”, – baş nazir bildirib. Onun sözlərinə görə, “Yunanıstan Rusiya təbii qazını əvəz edəcək qaz tədarükünün qəbul nöqtəsinə çevrilir”.

Yunanıstan təbii qazı Sidirokastro giriş nöqtəsindən Bolqarıstan qaz sistemindən alır və bu sistem, digər şeylərlə yanaşı, “Türk axını” boru kəməri ilə təchiz olunur. Yunanıstan həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan təbii qaz, eləcə də dəniz yolu ilə mayeləşdirilmiş təbii qaz alır.

Check Also

Türkiyə Rusiyadan boru qazı idxalını artırıb, maye qaz alışını isə dayandırıb

Rusiya 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Türkiyəyə boru kəməri qazı ixracını ötən ilin eyni dövrü …