Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Zəfər muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib

Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yerləşəcəyi məkanla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.

“Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri hələ dəqiq müəyyənləşdirilməyib. Məkan barədə yekun qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”, – nazirlikdən qeyd edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …