Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Zəif politoloqlar, yoxsa təxminlərdən uzaq proseslər?

Yadınızdadırsa, bir neçə il bundan əvvəl Azərbaycanda ard-arda iki devalvasiya oldu. Çox ciddi hadisələr idi. Həmin vaxt araşdırdım ki, heç bir iqtisadçı ekspert ölkəni silkələyə biləcək belə bir hadisənin mümkünlüyünə dair nəinki dəqiq proqnoz, heç buna yaxın olan şərh belə verməmişdi. Bu iradımı yazdım.

Dostumuz olan bir iqtidasçı öz nəzarətində olan saytda devalvasiyadan əvvəlki köhnə tarixə güya belə bir hadisə barədə əhaliyə xəbərdarlıq etdiyinə dair bir yazı yerləşdirib mənə göndərdi. Texniki cəhətdən bunu etmək mümkündür. Bələ təəssürat yaratmaq istədi ki, iradımdan ona pay düşmür. Haqlı olduğumu bildiyim üçün çox dərinə getmədim.

Dünən ölkədə ikinci zəlzələ effektini verən daha bir xəbər yayıldı. Üzümüzə gələn ilin əvvəllərində Azərbaycanın növbədənkənar prezident seçkilərinə getdiyi rəsmən bəyan edildi. Hər gün medianı izləyən və aktiv jurnalistika fəaliyyəti ilə məşğul olan şəxs kimi deyə bilərəm ki, heç bu hadisənin də münkünlüyü ilə bağlı siyasi şərhçilərin, partiya sədrlərinin hansısa proqnozuna rast gəlməmişəm.

Əksəriyyət etimal edirdi ki, 2024-cü ildə ölkədə Referendum və növbədənkənar parlament seçkilərinin keçiriləcək və yöndə kifayət qədər proqnoza rast gəlmək olar. Sizcə, bizim politoloqlar və siyasilər öz üzərində yaxşı işləmir, yoxsa Azərbaycanda təxminlərdən çox uzaq proseslər baş verir ki, onların əvvəlcədən proqnozlaşdırılması mümkün deyil?..

Məhəmmədəli Qəribli

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …