Haqq və Ədalət partiyasından xaric edilən ali məclisin keçmiş sədri Zəlimxan Məmmədli öz feysbuk hesabında partiya ilə bağlı paylaşım edib.
Boyukmillet.com sözügedən paylaşımı olduğu kimi təqdim edir:
Dünən Əli İnsanov aqoniyada, ciddi depressiyada olduğunu bir daha nümayiş etdirdi.
Bir saatın içində gizli formada Ali Məclisi çağırır (yetərsaysız), sovet vaxtından qalma zəhmətkeş məktubları senarisini mənə qarşı işə salır. Məni isə dəvət etməməklə növbəti saxtakarlığı edirlər. Əli İnsanovun təlimatı belədir:-bütün saxta arqumentlərlə Zəlimxan Məmmədlini aşağılayın!
Rüsvayçı bir mənzərə yaranır. İH-də saxta qərara səs verənlər hazır mətnlərlə yalanlar danışaraq rüsvayçılıqlarını bir daha nünayiş etdirirlər.
PS: Məni bu siyasi zibillikdən Allah uzaqlaşdırdı. Allahıma çox şükür edirəm ki, məni himayə etdi, saxtakarla, riyakarla, nəfsi iti olanla bir yerdə olmağı rəva görmədi. Həm də son 5 gündə Azadlığıma sevinən yüzlərlə aydınlar – millət vəkilləri, siyasilər, elm adamları, əqidə insanları, media mənsubları telefon açıb dəstək ifadə edib “azadlığın, qəzan mübarəkdir” mesajlarını verməkdədirlər.
Hətta partiya və digər quruluşlardan da təkliflər gəlməkdədir. Hamısına təşəkkür edirəm. Bunu da Allahın lütfü hesab edirəm. Çox rahatam.
Rəhmətlik anam Şöhrət xanımı xatırladım. Rəhmətlik deyirdi: “Ay bala bizə pislik edənə əlinizi, ruhunuzu bulaşdırmayın, bizə dəyənə Allah dəyir”. Biz daha aydın yoldayıq!
Əli İnsanovun işi Allahlıqdır. Etdiyi tarixi ləkəni təmizləməyənə qədər ləkə üzərində qalacaq!
PS: Məni bloklayıb. Əli İnsanovun feysbuk səhifəsinə girərək rüsvayçı mənzərəni seyr edə bilərsiniz.