Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan ötən gün ölkənin ictimai televiziyasına müsahibə verib.
Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qriqoryan Azərbaycanın əsas əraziləri ilə Naxçıvanı birləşdirəcək avtomobil yolunun keçəcəyi marşrut xətti barədə də danışıb.
“Əgər Azərbaycan Naxçıvanla əlaqə saxlamaq istəyirsə, Xınzirək-Biçənək yolundan istifadə etmək məqbuldur. Hazırda müzakirələr davam edir”,- deyə Qriqoryan söyləyib.
Qeyd edək ki, Xınzirək kəndi Ermənistanın Gorus şəhəri yaxınlığında, Biçənək kəndi isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşir. /modern.az/