Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Zəngəzur”u sanksiya siyahısından çıxardı

İyulun 7-də Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində daha əvvəl siyahıya daxil etdiyi Azərbaycana məxsus “Zəngəzur” (IMO 9420617) neft tankerini sanksiya siyahısından çıxarıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yenilənmiş sanksiya siyahısında bildirilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bildirişinə əsasən, “Zəngəzur”gəmisinə tətbiq edilən sanksiyalar artıq qüvvədə deyil. Yenilənmiş siyahıda qeyd olunur ki, gəmi ilə bağlı spesifikasiya ləğv edilib və tanker sanksiya siyahısından çıxarılıb.

Xatırladaq ki, 2026-cı ilin iyununda Böyük Britaniya hakimiyyəti Rusiya neftinin daşınması ilə əlaqəli olduğunu iddia etdiyi onlarla gəmiyə qarşı sanksiyalar tətbiq etmişdi. Həmin gəmilər arasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) şirkətinə məxsus “Zəngəzur” tankeri də yer alırdı.


Həmin vaxt Britaniya tərəfi gəminin Rusiya neftini üçüncü ölkələrə daşıdığını iddia etmişdi.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …