“Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Türkiyənin istehsal etdiyi silahlardan, avadanlıqlardan və müasir mərmilərdən də istifadə edib”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirilən mətbuat konfransında deyib.
“Son illər Türkiyənin hərbi sənayesi çox inkişaf edib. Qeyd edim ki, Vətən müharibəsində ən müasir “Bayraktar”dan da istifadə etdik”, – Z.Həsənov bildirib.