Cümə , 22 Noyabr 2024
Drone Cameras

Zaporojye AES fəaliyyətini tamamilə dayandırıb

Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası fəaliyyətini tamamilə dayandırıb.

Boyukmillet.com xəbər verir ki, yerli vaxtla saat 03:41-də Zaporojye Atom Elektrik Stansiyasının 6 nömrəli enerji bloku elektrik şəbəkəsindən ayrılıb. Onun soyudulması və soyuq vəziyyətə keçirilməsi üçün hazırlıq işləri aparılır.

Daha əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) yeganə işləyən reaktorun da fəaliyyətinin dayandırılmasını mümkün hesab edib.

Qeyd edilib ki, Enerqodar şəhərini qidalandıran enerji infrastrukturu İES-dəki paylayıcı stansiyanın atəşə tutulması nəticəsində məhv edilib. Bu, Enerqodarda işıqların tamamilə kəsilməsinə səbəb olub. Stansiyanın xarici enerjisinin bərpa olunacağına artıq inamı olmayan AES operatoru yeganə işləyən reaktorun işini dayandırılması variantını nəzərdən keçirir.

Bu halda bütün ZAES enerji bloklarının soyudulması da daxil olmaqla, stansiyanın fiziki və nüvə təhlükəsizliyi ilə bağlı həyati vacib funksiyaları təmin edəcək qəza durumları üçün nəzərdə tutulan dizel generatorlarından tamamilə asılı olacaq. Bu şərtlər altında, AEBA hesab edib ki, stansiya operatoru artıq xarici enerji təchizatını tam bərpa etmədən reaktorları yenidən işə sala bilməyəcək.

Qrossi ZAES bölgəsində bütün atışmaların dərhal dayandırılmasını tələb edib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …