Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib. Zelenski bu barədə “CNN Türk” telekanalına müsahibəsində danışıb.
O, danışıqların başlanması üçün çevik hərəkətə keçməyin vacibliyini vurğulayıb. Xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətinə diqqət çəkib.
Zelenskinin sözlərinə görə, Qara dənizdə təcili olaraq təhlükəsiz dəhliz açılmalıdır. O, hazırda 4 gəminin Rusiya hücumlarına məruz qaldığını bildirib.
“Prezident Ərdoğan bu məsələləri Rusiya tərəfi ilə müzakirə edəcək. Bunun hansı formatda, necə və nə vaxt keçiriləcəyi, əlbəttə ki, Prezidentin öz qərarından asılıdır”, – deyə Zelenski qeyd edib.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

