Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Zelenski: “Dünya Putinin nüvə silahından istifadə etməsinə hazır olmalıdır”

“Bütün dünya ölkələri Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsində taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski qeyd edib ki, Putin Ukrayna xalqının həyatına dəyər vermədiyi üçün nüvə və ya kimyəvi silahdan istifadə edə bilər.

“Tək mən yox, bütün dünya, bütün ölkələr kimyəvi silahın istifadəsindən narahat olmalıdır. Bu, real məlumat olmaya bilər, amma doğru da ola bilər. Onlar üçün xalqın həyatı heç nədir. Düşünmək lazımdır, qorxmaq yox, hazır olmaq lazımdır”, – deyə Zelenski bildirib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …