Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Zelenski Putinlə danışıq ehtimalını qiymətləndirib

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb.

“Bu gün, yox. Mən onların (Rusiya – red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır – o (Putin – red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir – ultimatum səsləndirənlərə danışmayacam”, – Ukrayna Prezidenti Putinlə danışıqlarla bağlı sualı cavablandırıb.

O, həmçinin vurğulayıb ki, Ukrayna ilə Rusiya arasında istənilən razılaşma yalnız qarşı tərəfin qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması halında bağlana bilər.

“Bilirəm ki, bəzi ölkələr bizi Minsk prosesinə tərəf sövq edir. Mən istəyirəm ki, dünya bir məsələnin diplomatik həll yolu, digərinin isə Minsk-2, -3, -5, -10 olduğunu etiraf etsin. Bunlar iki fərqli şeydir, çünki Minsk (razılaşması) boş kağız parçasıdır və Rusiyaya növbəti işğaldan əvvəl dincəlməyə imkan verəcək”, – Prezident bildirib

Check Also

ABŞ-də itkin düşən təyyarənin sərnişinlərinin axtarışları dayandırılıb

ABŞ Sahil Mühafizəsi Nantaket adası (Massaçusets ştatı) sahillərində itkin düşmüş təyyarənin altı sərnişininin iki gün …