Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Zelenski Rusiyanı BMT Təhlükəsizlik Şurasındakı səlahiyyətlərdən məhrum etməyə çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-ni Rusiyanı terrorçu dövlət kimi tanımağa və onu BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırıb.

BMT Təhlükəsizlik Şurasında videobağlantı formatında çıxış edən Ukrayna lideri deyib ki, Rusiyanın qurumun səsvermələrində iştirak etmək hüququ yoxdur:

“Mən sizi terror dövlətinin BMT Baş Assambleyasındakı nümayəndə heyətini səlahiyyətlərindən məhrum etməyə çağırıram. Mümkündür, lazımdır, ədalətlidir. Rusiyanın BMT Təhlükəsizlik Şurasında qalmaq hüququ yoxdur. Rusiya BMT-nin ixtisaslaşmış təşkilatlarının fəaliyyətində iştirak etməkdə davam edir və hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvü imtiyazlarından istifadə edir. Biz Rusiyanı terrora görə məsuliyyətə cəlb etməliyik”.

Zelenski BMT-yə Kremençuqdakı hadisələrin şəraitini müəyyən etmək üçün komissiya göndərməyə dəvət edib.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …