Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Zelenski: “Ukrayna müharibə başlayandan bir milyon ton taxıl ixrac edib”

Ukrayna Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bu günə kimi 1 milyon ton ərzaq ixrac edə bilib. Bu, “taxıl dəhlizi”nin işə düşməsindən 26 gün sonra baş verib.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.

“Taxıl ixracı təşəbbüsü demək olar, bir aya yaxındır həyata keçir və bu müddət ərzində üç dəniz limanımız Çernomorsk, Odessa, Yujnı fevralın 24-dən etibarən ilk milyon ton kənd təsərrüfatı məhsulunu ixrac edib”, – dövlət başçısı vurğulayıb.

O qeyd edib ki, Ukrayna taxılının dünya ərzaq bazarına çıxarılması bazarda xaosun qarşısını almağa, ərzaq böhranının şiddətini yüngülləşdirməyə və fəlakətli qıtlığın qarşısını almağa kömək edir.

Prezident əlavə edib ki, Ukrayna dünyanın ərzaq təhlükəsizliyinin təminatçıları sırasında olub, indi də sırasındadır və bu belə də olacaq.

Onun sözlərinə görə, artıq dünyanın 15 ölkəsinə Ukraynanın kənd təsərrüfatı məhsullarını daşıyan 44 gəmi göndərilib. Həmçinin, Ukraynanın gəmilərin yüklənməsi üçün daha 70 müraciət var.

“Məqsəd dəniz yolu ilə hər ay 3 milyon ton ixrac həcminə çatmaqdır. Bu, Afrika, Asiya və Avropa üçün son dərəcə vacibdir”, – Zelenski bildirib.

Prezident əlavə edib ki, taxıl ixracı təkcə Ukraynanın beynəlxalq subyektivliyini dəstəkləmir, həm də ölkə vətəndaşlarını işlə təmin edir. Onun sözlərinə görə, “taxıl dəhlizi” yüz minlərlə iş yeri, Ukrayna şirkətləri və dövlət büdcəsi üçün gəlirlər, həmçinin gələn ilin əkin mövsümü üçün vəsait deməkdir.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …