Bazar , 19 May 2024
Drone Cameras

Zelenski Yaponiyanın Baş naziri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti sosial şəbəkə hesabında yazıb.

“Beynəlxalq nizamın həqiqətən güclü müdafiəçisi və Ukraynanın çoxdankı dostu olan Yaponiyanın Baş naziri Fumio Kişidanı Kiyevdə salamlamaqdan şadam”, – Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Kişida Ukraynaya məhz BMT nizamnaməsinin məqsəd və prinsiplərinin, ümumilikdə beynəlxalq təhlükəsizliyin qorunması üçün qlobal liderliyin aktivləşdirilməsinin vacib olduğu vaxtda gəlib.

Kişida artıq Buçada olub və Rusiya hərbçilərinin burada törətdikləri müharibə cinayətlərinin fəsadlarını görüb.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …