Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Zelenski Yunanıstana gedib, liderlər Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstana gedib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, V.Zelenski burada Qərbi Balkan ölkələrinin liderləri ilə şam yeməyində iştirak edəcək.

Tədbirdə Qərbi Balkan ölkələrinin liderləri ilə yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişel də iştirak edəcək.

Siyasətçilər Maximos sarayında bir araya gələrək regional məsələləri və Avropanın gələcəyini, Balkanlarda və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyini, Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəklər.

Yunanıstan tərəfindən Zelenskinin səfəri ilə bağlı hələ ki rəsmi məlumat verilməyib. Buna səbəb kimi təhlükəsizlik tədbirləri göstərilir.

Check Also

ABŞ-nin 15 maddəlik planından imtina edən İran 5 şərt irəli sürüb

İran davam edən müharibəyə son qoymaq üçün Amerikanın təklifini rədd edərək, münaqişənin bitirməyin yalnız Tehranın …