Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ziya Əliyev: “Sığortanın satış kanallarının genişləndirilməsi üçün işlər aparılır”

Azərbaycanda sığortanın satış kanallarının genişləndirilməsi üçün mühüm işlər aparılır.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Ziya Əliyev Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

“Sığorta agentlərinin yeni nəslinin yetişdirilməsi AMB-nin diqqətindədir. “Bank-insurance” kanalının genişlənməsi üçün banklarla və sığortaçılarla birlikdə çalışırıq. Bu yaxınlarda bank müştərilərinin həyat sığortasının genişləndirilməsi üçün yeni tənzimləmələr gətirəcəyik. Ən vacib layihələrimizdən biri ölkənin katastrofik risklərinin təminat altına alınması üçün sığorta sektorunun rolunun gücləndirilməsidir. Zəlzələ, sel, daşqın kimi təbii hadisələr ölkə üçün xarakterikdir. Dağıdıcı təbii hadisələr nadir hallarda baş versə də, onun gətirdiyi iqtisadi fəlakətlər, zərərlər böyük olur”, – deyə o qeyd edib.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …