Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ziyad Səmədzadə: Azərbaycan Çinin inkişaf modellərindən səmərəli istifadə etməlidir

Azərbaycan Çinin inkişaf modellərindən səmərəli istifadə etməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ziyad Səmədzadə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Çinin inkişaf modelində müsbət məqamlar çoxdur:

“Qədim İpək yolunun bərpası Azərbaycan üçün daimi kapital, daimi inkişaf mənbəyidir. Qədim İpək yolunun bərpası birqütblüyün aradan qaldırılmasına töhfə verir. Çinlə əlaqələrimizin inkişafı ilk növbədə ölkələrimiz arasında daxili bazarın qorunması, yeni investisiyaların cəlbi və iqtisadiyyatın canlanması deməkdir. Biz Çinin özünü doğruldan inkişaf modellərindən səmərəli istifadə etməliyik”.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …