Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Əbdülfəttah Əs-Sisi: “Misir Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”

“Misir münasibətlərin normallaşması üçün Ermənistan və Azərbaycan arasında vasitəçi olmağa hazırdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.

“Sizinlə söhbət zamanı qeyd etdim ki, bizim Ermənistan-Azərbaycan münaqişəsi məsələsində neytral mövqeyimiz var. Bu mənada, əgər siz bizim vasitəçiliyimizi qəbul edirsinizsə və bizim vasitəçilik etməyimizi və ya belə bir rolu üzərimizə götürməyimizi istəyirsinizsə, biz hazırıq” – deyə, o bildirib.

Check Also

Ermənistandan Azərbaycana ixracı mümkün olan mallar açıqlanıb

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsindən Azərbaycana ixrac edilə biləcək malların siyahısını açıqlayıb. Boyukmillet.com xəbər verir …