Cümə , 26 Aprel 2024
Drone Cameras

Əfqanıstanda onlarla mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi ordudan qovulub

Əfqanıstanda xidmət edərkən 39 mülki şəxsi öldürən 13 avstraliyalı hərbçi vəzifəsindən kənarlaşdırılıb.

Boyukmillet.com DHA-ya istinadən xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Qüvvələrinin Baş Müfəttişliyinin 4 il ərzində apardığı istintaqın yekunlarına dair hesabatda qeyd olunub.

“Əfqanıstandakı olaylarla bağlı hazırda 13 nəfərə inzibati tədbir bildirişi verilib”, – Avstraliya Ordusunun rəisi, general-polkovnik Rik Bör söyləyib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar 2005-2016 illəri arasında Əfqanıstandakı Avstraliya xüsusi təyinatlı hərbçilərinin davranışları ilə bağlı hazırlanan hesabatda 20 mindən çox sənəd və 25 min görüntü incələnib, 423 şahidlə görüş öz əksini tapıb.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …