Cümə , 26 Aprel 2024
Drone Cameras

Paşinyan: “Zod qızıl yatağının yarısı Azərbaycan ərazisinə düşür”

Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciət edir.

Ermənistan KİV xəbərlərinə görə, o, Ermənistanla Azərbaycanın Kəlbəcər rayonu arasında yerləşən Zod qızıl yatağı ətrafında yaranmış vəziyyətə toxunub.

“Zod qızıl yatağının yarısı Azərbaycan, yarısı isə Ermənistan ərazisinə düşür. Üçtərəfli razılşaya görə, Kəlbəcər rayonunun Azərbaycana qaytarılmasından sonra erməni qoşunları yeni sərhəd xəttinə yerləşdirilməlidir. Sərhədlərin fiksasiyası təkcə rusiyalı sülhməramlıların deyil, azərbaycanlı hərbçilərin də iştirakı ilə həyata keçirilir”.

Nikol Paşinyan ölkə müxalifətini qanlı yolla hakimiyyətə gəlmək niyyətində ittiham edib. O həmçinin, yalnız rəsmi informasiyaya güvənməyə çağırış edib. (modern.az)

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …