Cümə , 29 Mart 2024
Drone Cameras

ƏIi Hüseynli: “Ermənistan müharibənin ilk günlərindən qadağan olunmuş silahlardan istifadə edib”

“Ermənistan müharibənin başladığı ilk günlərdən qeyri-qanuni üsullarla qadağan olunmuş silahlardan istifadə edərək döyüş bölgəsindən uzaqda yerləşən yaşayış massivlərini, bir sıra şəhərləri, xüsusən Gəncəni bombardman edib. Oktyabrın 4-dən başlayaraq 17-ə qədər 5 dəfə terror aktları törədilib. Bu terror aktları nəticəsində heç bir günahı olmayan onlarla mülki şəxs, 100-dən çox insan xəsarət aldı”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli deyib.

“Bu qanlı hadisələrə, terror aktlarına baxmayaraq Azərbaycan xalqının iradəsi sınmadı, həmin hadisələr gəncəliləri sındıra bilmədi. Əksinə, əhali Azərbaycan Ordusundan növbəti döyüş qələbələri gözləyirdi. Azərbaycan Ordusu həm gəncəlilərin, həm də həlak olmuş digər mülki şəxslərin qisasını Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmaqla aldı. Azərbaycan Ordusu bununla tamamilə fərqli döyüş əxlaqı, hərbi mənəviyyat nümayiş etdirirdi”, – deyə Əli Hüseynli vurğulayıb.

Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, bu cür terror aktları nəinki Azərbaycan xalqının iradəsini sındıra bilib, əksinə, onu qələbəyə daha da yaxınlaşdırıb: “Həmin ərəfədə Füzuli işğaldan azad olunmuşdu. Azərbaycan Ordusu Şuşaya doğru irəliləyirdi. Terror aktlarının məqsədi başlanmış hücumun qarşısını almaq idi. Lakin bunun tamamilə əksi baş verdi və Azərbaycan Ordusu torpaqları tamamilə işğaldan azad etdi”.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …