Cümə , 29 Mart 2024
Drone Cameras

“Əlil Qadınlar Cəmiyyəti” tədbir keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial xidmətlər Agentliyinin dəstəyi ilə Ağcabədi rayonunda “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) layihə icra edib. “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi (Ağcabədi rayonu)” layihəsinin fəaliyyəti çərçivəsində Uşaq müdafiə qurumları – İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyası, yerli təhsil, sosial, səhiyyə nümayəndələrinin iştirakı ilə koordinasiya mexanizminin yaradılması məqsədi ilə Ağcabədi rayonunda görüş keçirildi. Yığıncağı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məxluqə Rəhimova yaradılacaq koordinasiya şurasının vəzifələrindən, görüləcək işlərdən məlumat verərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində
Sosial Xidmətlər Agentliyinin dəstəyi Ilə həyata keçirilən bu layihənin əhəmiyyəti zamanın tələbi olduğunu bildirdi. Layihə haqqında məlumat geniş müzakirə olunaraq problemlərin həlli yollarına dair ümumi tövsiyyələr verildi. “Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi (Ağcabədi rayonu)” layihəsinin fəaliyyəti çərçivəsində yaradılan koordinasiya şuranın məqsədinə uyğun olaraq, uşaq müdafiə qurumları, İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqları üzrə komissiyası, yerli təhsil, sosial, səhiyyə nümayəndələrinin iştirakı ilə koordinasiya şürasının üzvləri seçildi. Yaradılan koordinasiya şürasının üzvləri tərəfindən rayon ərazisində uşaqlarla bağlı qarşılaşdıqları problemlər və onların həlli yolları ilə bağlı müxtəlif təkliflər gündəmə gətirildi. Layihədə nəzərdə tutulan əsas istiqamətlər koordinasiya şürasının üzvlərinin diqqətinə çatdırıldı.

  • Cinayət törədən uşaqlara qarşı zorakılığın azaldılması;
  • Ehtiyacı olan uşaqlar üçün keyfiyyətli səhiyyə, sosial təminat və sosial dəstək xidmətləri ;
  • Uşaqların ailə mühitində sağlam inkişafları üçün təhlükəsiz mühit kompaniyalarının təşkili ;
  • Hüquqi bazaların araşdırılması, uşaqlara yönəlmiş zorakılığın, pis vərdişlərin qarşısını almaq.
  • Uşaqların spirtli içki və siqaret kimi zərərli məhsulları əldə etmək imkanını məhdudlaşdırılması;
  • Zorakılıq təhlükəsini azaltmaq üçün ictimai mühitlərdə risk faktorlarını azaltmaq;
  • Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların problemlərinin aradan qaldırılması cəmiyyətin diqqətinin artırılması;
  • Küçədə yaşayan, dilənən, cinayət törədən uşaqlar arasında psixoaktiv maddə istifadəsi problemlərinin qarşısının alınmasında işlər aparmaq;
  • Uşaqların davranışlarının idarə edilməsi üzrə potensialının inkişaf etdirilməsi;
    Sonda layihənin məqsədlərinin həyata keçirilməsi haqqında geniş müzakirələr aparıldı, problemlərin həlli yollarına dair ümumi tövsiyyələr verildi.
  • ” Əlil Qadınlar Cəmiyyəti”İctimai Birliyi (ƏQC.İ.B)
    Mətbuat xidməti. 13. 10. 2021

Check Also

Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə …