Cümə , 27 Mart 2026
Drone Cameras

Ərdoğan: “Finlandiya və İsveç NATO-ya Türkiyənin mövqeyi nəzərə alınaraq daxil ola bilər”

“Finlandiya və İsveçin NATO-ya üzv olması üçün Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı nəzərə alınmalıdır. Başqa yol yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün İspaniyanın paytaxtı Madridə səfərdən əvvəl Ankaranın Esenboğa Hava Limanında mətbuat konfransında bildirib.

O xatırladıb ki, Türkiyə 70 ildir NATO-nun üzvüdür: “Biz Alyansda təsadüfi ölkə deyilik”.

Daha əvvəl bildirilmişdi ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olması üçün şərtlər irəli sürüb.

Xatırladaq ki, iyunun 28-29-da Madriddə Türkiyə, İsveç və Finlandiya nümayəndələri arasında görüş keçiriləcək.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …