Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Ərdoğan: “İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”

“Türk dövlətləri ilə, xüsusən də qardaşım İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

Ərdoğan “Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib:

“Kılıçdaroğlu Türkiyəyə Boraltan körpüsünün utancını yaşatmaq istəyir. Dedilər ki, ruslar bizi öldürməsin, ermənilər bizi öldürməsin, siz öldürün. İndi Qarabağın azad edilməsi ilə bu qara ləkəni təmizlədik. Biz bu məsələdə əvvəldən humanist, islami və vicdanlı mövqe tutmuşuq”.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …