Cümə , 3 May 2024
Drone Cameras

Ərdoğan mafiya liderlərindən danışdı: “Onların malik olduqlar imkanları əllərindən alaraq bir-bir çökdürdük”

“Türkiyəni 19 ildə beynəlxalq mütəşəkkil cinayətkar agentlərdən təmizləyərək ölkəni təhlükəsiz vəziyyətə gətirdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“Mütəşəkkli cinayətkar dəstələrə qarşı mübarizə apardıq. Onların malik olduqlar imkanları əllərindən alaraq bir-bir çökdürdük. Son 5 ildə belə dəstələrə qarşı 1 700-ə yaxın əməliyyat keçirildi. Narkotik maddələrin qanunsuz ticarəti ilə məşğul olanların göz yaşlarına baxmadıq. Bu istiqamətdə 3,5 ildə 550 mindən artıq əməliyyat keçirilib və 85 nəfər tutulub. Əməliyyatlar nəticəsində onlardan dəyəri 63 milyard lirədən çox narkotik maddə müsadirə edilib”, – o, vurğulayıb.

Xatırladaq ki, son günlər türk mafiya liderlərindən Sedat Peker video açıqlamalar yayaraq, Türkiyədəki bir çox vəzifəli şəxslərə ciddi ittihamlar səsləndirib.

Check Also

Avropa Komissiyasının rəsmisi: Aİ Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafına sərmayə qoyur

Avropa İttifaqı Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin inkişafına sərmayə yatırır. Boyukmillet.com xəbər verir ki, bunu …