Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ərdoğan meşə yanğınlarının söndürülməsində Azərbaycanın köməyindən danışıb

“Yanğınların söndürülməsinə Azərbaycandan da təklif gəlib. Bir təyyarə göndərilib. Həmin təyyarə indi meşə yanğınlarının söndürülməsində yer alıb”.

Boyukmillet.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada meşə yanğınlarının söndürülməsindən danışarkən deyib.

Türkiyə Prezidenti yanğının söndürülməsi işlərinin davam etdiyini, Rumıniya və İsraildən təyyarə dəstəyi ilə kömək təklifinin olduğunu bildirib. Lakin hələlik yardımlara ehtiyac olmadığından Türkiyə təbii fəlakətlə öz vəsaiti hesabına mübarizə aparır.

Dövlət başçısı vurğulayıb ki, 15-i təyyarə, 46-sı helikopter olmaqla ümumilikdə 61 hava maşını yanğınların söndürülməsində iştirak edir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …