Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ərdoğan müsəlman ölkələrinə çağırış edib

“Regionumuzda sabitliyin təmin olunmasına çalışırıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və ticarət sahəsində əməkaşlığa dair Daimi Komitəsinin noyabrın 28-də İstanbulda keçirilən 38-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, rəsmi Ankara Rusiya ilə Ukrayna arasında müharibənin başa çatmasına çalışır: “Bunun üçün hər iki ölkənin liderləri ilə dostluq münasibətindən də istifadə etdik, nazirləri görüşdürdük”.

R.T.Ərdoğanın sözlərinə görə, “Taxıl sazişi”nin uzadılması Afrika qitəsinin aclıq problemlərinin həllinə töhfə verə bilər.

Türkiyə lideri müsəlman ölkələrini dünyadakı haqsızlıqlara qarşı birgə mübarizəyə çağırıb.  

“Yunanıstandakı müsəlman-türk azlığına qarşı haqsız davranışlar illərdir davam edir. Orada türk azlığına müəllimlərə ana dilində dərs demək qadağan edilib. Müsəlman dünyası buna səssiz qalmamalıdır”, – R.T.Ərdoğan söyləyib. 

Dövlət başçısı bildirib ki, Türkiyə Suriyadakı xaosun da həllinə çalışır.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …