Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Ərdoğan Putinlə müzakirə edəcəyi məsələləri açıqlayıb

“Səmərqənddə cənab Putinlə geniş və ətraflı müzakirələrimiz olacaq. Xüsusilə taxıl dəhlizi ilə bağlı fikir mübadiləsi aparacağıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan ölkələrindən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

“Cənab Putinin “taxıl kasıb yox, varlı ölkələrə gedir” fikrini doğru hesab edirəm. Bu, belə olmamalıdır. Çünki prioritet kasıb ölkələrin çətin durumda qalmamasıdır. Amma indi vəziyyət elə deyil. Səmərqənddə Putindən xahiş edəcəyəm ki, Rusiya məhsulları dəhliz vasitəsilə dünya bazarına çıxarılsın”, – o bildirib.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …