Bazar , 19 Yanvar 2025
Drone Cameras

Ərdoğan sadə ailənin evində iftar açdı FOTO

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Ankaranın Mamak rayonunda sadə bir ailəni ziyarət edib.

Boyukmillet.com xəbər verir ki, onlar bu ailənin iftar süfrəsinin qonağı olublar.

Türkiyə mediasında və cəmiyyətində geniş əks-səda doğuran bu böyüklük nümunəsi son günlər Prezident Ərdoğana çamur atan məkrli qüvvələrə tutarlı cavab sayıla bilər.

R.T.Ərdoğanın həyat yoldaşı ilə bərabər yerdə bardaş qurub süfrə ətrafında əyləşməsi, hətta qonağı olduğu ailənin kiçik qız uşağına hədiyyə verdikdən sonra onun əlindən öpməsi fotokameraların yaddaşına köçüb və böyük marağa səbəb olub.

Check Also

Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər …