Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ərdoğan: “Türkiyə də Rusiya ilə birgə sülh danışıqlarında olmalıdır”

“ATƏT-in Minsk qrupu bir nəticə ortaya qoya bilməyib. Azərbaycan haqlı tələbini ortaya qoyur. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik”.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Beləliklə, bu sərhəd təhlükəsizliyi, sülh danışıqlarında Rusiya ilə birgə Türkiyə də olmalıdır. Əslində, bu məsələdə Rusiyanın mənfi münasibəti yoxdur. Rusiyanın da Türkiyə ilə bağlı mənfi açıqlamaları yoxdur”, – o qeyd edib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …