Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Prezidentin köməkçisindən fransalı jurnalistlə bağlı açıqlama

“Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyqilərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, – o əlavə edib.

Qeyd edək ki, Fransanın TF1 televiziya kanalında cəbhə bölgəsindəki vəziyyət, Azərbaycan Ordusunun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncə şəhərini bombardman etməsi barədə yayımlanan reportajından sonra erməni icması sosial şəbəkələrdə hərəkətə keçib.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …