Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ərdoğan Türkiyənin Pakistana yardım üçün səfərbər olduğunu bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Boyukmillet.com xəbər verir ki, telefon danışığında Pakistandakı sel fəlakəti ilə bağlı son vəziyyət və Türkiyənin yardımı müzakirə edilib.

Ərdoğan Pakistanın sel fəlakəti ilə mübarizəsini yaxından izlədiklərini və qardaşlıq əlaqələrinin tələb etdiyi kimi lazımi dəstəyi vermək üçün Türkiyənin səfərbər olduğunu bildirib.

Türkiyə xalqının pakistanlı qardaşlarının yanında olduğunu bildirən prezident Ərdoğan Pakistana kömək üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib.

Pakistanın Baş naziri Şərif Türkiyə dövlətinə və xalqına dəstəyə görə təşəkkür edib.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …