Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Ərdoğanın nümayəndəsi: “Biz də Bakı kimi İranın bəzi bəyanatlarından narahatıq”

“Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər”.

Boyukmillet.com xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.

Ərdoğanın sözçüsü vurğulayıb ki, İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.

“Belə bir səfərə hazırlıq görülürdü, onu təxirə salan bəzi səbəblər ortaya çıxdı. İndi protokollar üzərində danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur”, – Kalın müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara İranda baş verən hadisələrdən narahatdır və bununla bağlı rəsmi Tehranın qətiyyətini görür.

Check Also

Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

Türkiyədəki bütün sərhəd bölmələri bölgədəki vəziyyətlə əlaqədar olaraq yüksək hazırlıq vəziyyətindədir və hadisələri real vaxt …