Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ərdoğanla İsrail Prezidenti arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İshak Hersok arasında telefon danışığı olub.

Boyukmillet.com “Habetürk”ə istinadən xəbər verir ki, dövlət başçıları ikitərəfli əlaqələri müzakirə ediblər.

Həmçinin İsrail Prezidenti Türkiyədə R.T.Ərdoğanın iqamətgahının fotolarını çəkməkdə ittiham olunan israilli cütlüyün azadlığa buraxılmasında vacib rol oynadığına görə türkiyəli həmkarına təşəkkür edib.

R.T.Ərdoğan isə İsraillə əlaqələrə əhəmiyyət verdiyini vurğulayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …