Cümə , 6 Mart 2026
Drone Cameras

Ərdoğanla Merkel arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

Məlumata görə, tərəflər söhbətin gedişatında Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

Liderlər həmçinin iqtisadiyyat və turizm sferasında ikitərəfli əlaqələrin inkişafı üzrə addımları nəzərdən keçiriblər.

Bunlarla yanaşı, postpandemiya dövründə qarşılıqlı əlaqələr də daxil olmaqla, koronavirusa qarşı mübarizə məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Check Also

Fidan Türkiyə səmasında zərərsizləşdirilən raketlə bağlı İrana rəsmi Ankaranın reaksiyasını çatdırıb

Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı olub. Boyukmillet.com …