Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Müdafiə Nazirliyi: Azərbaycan ordusu heç bir itki verməyib

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin bu açıqlamasını uydurma və dezinformasiya adlandırdı.

Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

“Bu istiqamətdə yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşitdik. Görünür, erməni hərbçiləri arasında növbəti atışma baş verib.

Bir daha qeyd etmək istəyirəm ki, heç bir yeni hücum həyata keçirilməyib, bizim tərəfimizdən itkilər olmayıb. Erməni tərəfinin məlumatı növbəti bir dezinformasiyadır”.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …