Çərşənbə , 16 Aprel 2025
Drone Cameras

Ərdoğanla Putinin münasibətləri problemin sülh yolu ilə həllinə imkan verir – Peskov

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibəti var”.

Boyukmillet.com xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu münasibət ən çətin fikir ayrılıqlarında belə dialoq aparmağa və problemin sülh yolu ilə həllinə imkan verir:

“Prezident Ərdoğanın, bilirsiniz ki, Putinlə kifayət qədər mehriban münasibəti var, hətta demək olar ki, prezident Putinlə dostluq münasibətləri var ki, bu da fikir ayrılıqlarının olmasına baxmayaraq, onlara ən kəskin məqamlarda belə bir araya gəlib ən çətin problemləri həll etməyə imkan verir. Türkiyə bizim çox mühüm qonşumuzdur, iri layihələrdə tərəfdaşımızdır”.

“Biz Suriya məsələsi ilə bağlı qarşılıqlı fəaliyyət göstəririk. bu, mürəkkəb qarşılıqlı fəaliyyətdir, bəzən çox çətin olur. Lakin buna baxmayaraq, hər dəfə biz qarşılıqlı məqbul həll yolu tapa bilirik”, – deyə Peskov bildirib. 

Check Also

“Haber Global”: Mərkəzi Asiya dövlətlərinin yunan Kiprinə səfir təyinatından vaxtında xəbəri olmayanlardan hesabat istəniləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Asiya türk dövlətlərinin yunan Kiprinə səfir təyin etməsindən vaxtında …