Çərşənbə , 1 May 2024
Drone Cameras

Əsgərə həqarət edən şəxs saxlanıldı – VİDEO

Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət olunaraq onun barəsində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …