Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü iş adamı ötən ilin noyabr ayında 5 nəfər biznes ortağına qarşı 1,2 milyon manat dələduzluq etməkdə ittiham olunaraq 7 il həbs cəzası almışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti verən iş adamı zərərçəkmiş şəxslərə dəyən zərəri müəyyən qədər ödədiyi üçün azadlığa buraxılıb.
Qeyd edək ki, Məhərrəm Əhmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.
Xatırladaq ki, 2022-ci ilin may ayında Məhərrəm Əhədovun oğlu, 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilirdi.
Azinforum.az