Şənbə , 27 Aprel 2024

Yearly Archives: 2016

Cüdoçularımız “Qızıl Liqa” yarışında 1 qızıl və 1 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları ilin sonunda təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, cüdoçularımız bu dəfə klublararası keçirilən Avropa “Qızıl Liqa” yarışının medallarını qazanıblar. Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın “Sagaredjo FF Superstars” klubunun heyətində “Qızıl liqa”nın qalibi olub. Rusiyanın Qroznı şəhərində keçirilən yarışda Gürcüstan təmsilçisi əvvəl “Sportinq”i (Portuqaliya) 3:2, sonra “Abensberq”i (Almaniya) 5:0 hesabı …

Read More »

Kubada nümayişlər zamanı 42 müxalifətçi saxlanılıb

Kuba polisi ölkənin bir neçə şəhərində müxalifət qüvvələrinin keçirdiyi aksiyaları dağıdıb. “Report” xəbər verir ki, bu barədə “France Presse” məlumat yayılıb. Məlumata görə, polis tərəfindən azı 42 müxalifətçi saxlanılıb. Kubada qadağan edilmiş UNPACU (Kubanın Vətənpərvərlik İttifaqı) təşkilatının liderlərindən biri Xose Daniel Ferrer agentliyə bildirib ki, müxalifət nümayəndələri paytaxt Havanada, Sentyaqo-de-Kubada və Palma-Soriano keçirilən nümayişlərin gedişatında saxlanılıb. Nümayişçilər ölkə müxalifətçilərinin həbsxanalardan …

Read More »

Birjalarda neftin qiyməti

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar bahalaşaraq 52,35 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar artaraq 55,58 dollar olub.

Read More »

İqtisadiyyat Nazirliyi beynəlxalq sərgiyə qatılmaq istəyən ixracatçılara müraciət edib

İqtisadiyyat Nazirliyi 2017-ci il noyabrın 10-dan 12-dək Çinin Honkonq Xüsusi İnzibati Ərazisində keçiriləcək “HKTDC Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vahid ölkə stendində maksimum 20 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və …

Read More »

Əfqanıstan səfiri: “Asiyanın ürəyi” konfransının Bakıda keçirilməsi təşəbbüsünə görə Azərbaycana minnətdarıq”

“Azərbaycanın “Asiyanın ürəyi” prosesində (İstanbul prosesi) mühüm rolu bu ölkənin Əfqanıstanda sülh və sabitliyin bərqərar olması məsələsinə sadiqliyinin tam aydın göstəricisidir”. “Report” xəbər verir ki, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili 2017-ci ildə bu proses çərçivəsində Azərbaycanın həmsədr olması və gələn il Bakıda nazirlər səviyyəsində konfransın keçirilməsi qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, iki ölkə arasında regional problemlər …

Read More »

Ömər Çelik: “Türkiyə 2,7 milyon Suriya qaçqınını qəbul edib”

Türkiyə 2,7 milyon suriyalıya sığınacaq verib. Bu, daxili münaqişə səbəbindən evlərini tərk etmiş ölkə vətəndaşlarının yarıdan çoxunu təşkil edir.“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirlər Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar olaraq Türkiyənin Avropa Birliyi işləri üzrə əsas elçisi Ömər Çelikin müraciətində yer alıb.Müraciətdə həmçinin bildirilir ki, milyonlarla suriyalıdan başqa, son illər ərzində münaqişələrə görə milyonlarla İraq, Yəmən və …

Read More »

Bolqarıstanın “Standard” qəzeti vitse-prezident Marqarita Popovanın Azərbaycana səfərindən yazır

Bolqarıstanın nüfuzlu “Standard” qəzeti bu ölkənin vitse-prezidenti Marqarita Popovanın Azərbaycana səfəri barədə məqalə yayıb. Məqalədə ölkələrimiz arasında əməkdaşlığın enerji, mədəniyyət və digər sahələrdə genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə toxunulub. Həmçinin yazıda qeyd edilib ki, vitse-prezidentin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğu, tətbiq edilən şəffaf idarəçiliyin, o cümlədən “ASAN xidmət”in Bolqarıstanda böyük …

Read More »

Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək

Sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə …

Read More »

Rəis müavini: “Azərbaycan miqrantlar üçün mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib”

“Azərbaycan miqrantlar üçün mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib”.“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev Beynəlxalq Miqrasiya Günü münasibəti ilə keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, məcburi köçkün həyatı Azərbaycan xalqı üçün yeni və təəccübləndirəcək hadisə deyil: “Xalqımız üçün bu hadisələr tanışdır. Azərbaycanlılar milli mənsubiyyətinə görə Ermənistan tərəfindən öz torpağından zorla çıxarılıblar. 1 milyondan artıq məcburi …

Read More »

Bişkekdə Rəşid Behbudov və Müslim Maqomayevin yaradıcılığına həsr olunan konsert keçirilib

Bişkekdə Abdılas Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrında Azərbaycanın məşhur müğənniləri – SSRİ xalq artisti Rəşid Behbudovun anadan olmasının 100 illiyi yubileyinə və SSRİ xalq artisti Müslim Maqomayevin yaradıcılığına həsr olunan “Göy əbədiyyət” adlı qala-konsert keçirilib. Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən “Report”a verilən məlumata görə, Milli Akademik Opera və Balet teatrının baş direktoru Bolotbek Osmonov gecəni açaraq, növbəti dəfə Azərbaycan mədəniyyəti …

Read More »