Şənbə , 27 İyul 2024
Drone Cameras

Cüdoçularımız “Qızıl Liqa” yarışında 1 qızıl və 1 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları ilin sonunda təşkil olunan beynəlxalq turnirdə uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, cüdoçularımız bu dəfə klublararası keçirilən Avropa “Qızıl Liqa” yarışının medallarını qazanıblar. Milli komandamızın aparıcı cüdoçularından olan Nicat Şıxəlizadə (66 kq) Gürcüstanın “Sagaredjo FF Superstars” klubunun heyətində “Qızıl liqa”nın qalibi olub.

Rusiyanın Qroznı şəhərində keçirilən yarışda Gürcüstan təmsilçisi əvvəl “Sportinq”i (Portuqaliya) 3:2, sonra “Abensberq”i (Almaniya) 5:0 hesabı ilə məğlub edib. Finalda həmyerlimizin komandası gərgin mübarizədə “Yavara Neva”nı (Rusiya) üstələyib – 3:2.

Millimizin Olimpiya mükafatçısı Rüstəm Orucov (73 kq) da mükafatsız qalmayıb. Bütün çəki dərəcələrində dünya reytinq cədvəlinə başçılıq edən Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində bürünc medal qazanıb. Fəxri kürsüyə gedən yolda Portuqaliya təmsilçisi “Edelveys” (Qroznı) və “Nalçik” (hər ikisi – Rusiya) klublarını müvafiq olaraq 3:2 və 5:0 hesabları ilə məyus edib.

Yarışın mükafatlandırma mərasimində Nicat Şıxəlizadəyə Avropa “Qızıl Liqa”sının qızıl, Rüstəm Orucova isə bürünc medalı təqdim olunub.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir