Cümə , 29 Mart 2024
Drone Cameras

İqtisadiyyat Nazirliyi beynəlxalq sərgiyə qatılmaq istəyən ixracatçılara müraciət edib

İqtisadiyyat Nazirliyi 2017-ci il noyabrın 10-dan 12-dək Çinin Honkonq Xüsusi İnzibati Ərazisində keçiriləcək “HKTDC Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vahid ölkə stendində maksimum 20 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək.

Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).

Müsabiqə İqtisadiyyat Nazirliyi kollegiyasının qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında iyulun 29-da AZPROMO-da təşkil olunacaq.

Seçim meyarlarının cəmi üzrə keçid balı minimum 20 baldır.

Vahid ölkə stendində iştirak etmək üçün ərizə, nümayiş olunacaq məhsulların siyahısı, sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar iyulun 4-dək AZPROMO-ya təqdim edilməlidir. Ünvan: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər prospekti 32, Bakı, AZ1000.

İxracatçılar əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ([email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141)) müraciət edə bilərlər.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir