Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

2017-ci ildə dünyanın ən yaxşı universitetlərinin reytinqi dərc edilib

Böyük Britaniyanın “Times Higher Education” jurnalı dünyanın ən yaxşı universitetlərindən reytinqini – “World University Rankings 2016-2017”-ni dərc edib.

“Report” xəbər verir ki, reytinqdə dünyanın müxtəlif ölkələrindən 980 universitet, o cümlədən Avropadan 400 universitet daxil edilib.

Avropanın ən yaxşı 5 universiteti sırasında Böyük Britaniyanın dörd universiteti yer alıb. Reytinqin ilk pilləsində Oksford Universiteti qərarlaşıb. Sonrakı yerləri Kembric Universiteti və London İmperiya Kolleci tutub. Reytinqdə dördüncü yerdə İsveçrənin Sürix Ali Texniki Məktəbi qərarlaşıb. Beşinci pillədə isə London Universitet Kolleci özünə yer edib.

Jurnalın versiyasına görə, dünya reytinqində də birinci pillədə Oksford Universiteti qərarlaşıb. Kaliforniya Texnologiya İnstitutu (ABŞ) ikinci, Stenford Universiteti (ABŞ) üçüncü yeri tutub.

Universitetlər təhsil, tədqiqat mühiti, sahə gəliri və beynəlxalq perspektivlər baxımından qiymətləndirilib.

Əvvəlki illərdə olduğu kimi, Azərbaycan universitetlərindən heç biri bu reytinqdə yer almayıb.

Reytinqdə Türkiyənin 17, Rusiyanın 24, İranın 13 universiteti yer alıb.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir