Şənbə , 29 İyun 2024

Yearly Archives: 2017

“Əgər Rusiya hərbi aqressiyaya əl atsa bu, Azərbaycan və digərlərini də əhatə edəcək…”

Rusiya ordusunun Belarusla birlikdə bir neçə gün sonra başlatmağa hazırlaşdığı “Qərb-2017” irimiqyaslı hərbi təlimləri Qərbdə, o cümlədən Moskvanın qonşularında narahatlıqla izlənilir. Boyukmillet.com Virtualaz.org-a istinadən xəbər verir ki, Qərbdə bu təlimlərin Baltik respublikalarına və Polşaya hücumun məşqi olduğunu deyənlər var. Baltik respublikaları “Qərb-2017” təlimləri ilə bağlı ciddi təşviş keçirirlər, NATO bildirir ki, Rusiya qərb müşahidəçilərinə təlimləri izləməyə icazə verməyib. Gözlənilir ki, …

Read More »

”Azərbaycanın hərbi gücünün qarşısında Ermənistan heç nədir” – TBMM Milli Müdafiə Komissiyasının üzvü

Türkiyə Böyük Millət Məclisi Milli Müdafiə Komissiyasının üzvü, Cümhuriyyət Xalq Partiyasının İstanbuldan olan millət vəkili Dursun Çiçəkin APA-ya müsahibəsi: -Bir il əvvəl Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatı davam edərkən bizə verdiyiniz müsahibədə Türkiyənin qərarlı şəkildə separatçıları bölgədən təmizləməsinin vacibliyini vurğulamışdınız. Gəldiyimiz nöqtədə Türkiyə orada yeni bir əməliyyata hazırlaşdığını təkidlə bəyan edir. Vəziyyəti necə dəyərləndirirsiniz? – “Fərat qalxanı” əməliyyatının əsas …

Read More »

Prezident İlham Əliyev: “Son illər sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilib”

“Ölkədə işsizlik kəskin azalaraq 5 faiz həcminə düşüb, 1 milyon 600 min yeni iş yeri yaradılıb. Son illər sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilib”. Virtualaz.org bildirir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib. Dövlət başçısı bildirib ki, bu sahədə qəbul edilən dövlət proqramları kənd …

Read More »

15 manatlıq pivə içib, 5 manat “şot” verən şəxsi dostları niyə öldürüb?- “Vurmayın, öləcək”

4 nəfər dost birlikdə içki içiblər. Amma hesabı ödəmək lazım olanda aralarında mübahisə yaranıb. Mübahisə onlardan birinin ölümünə üçünün isə həbsə düşməsinə səbəb olub. Həbs edilən üç dostdan ikisi qətldə və quldurluqda, biri isə yalnız quldurluqda təqsirli bilinir. Qətl hadisəsinin təfərrüatları… İttihama görə, 6 sentyabr 2015-ci il tarixdə, saat 22 radələrində 4 dost- Nizami İmayılov, Vüsal Qədiyev, Vüsal Mirzəyev və …

Read More »

Benzinin bahalaşması mühərrikinin həcmi böyük olan avtomobillərin “bazarını öldürüb” – VİDEO, FOTOLAR

Son aylar avtomobil bazarında kəskin qiymət artımı müşahidə olunur. Benzinin bahalaşmasınan sonra yanacağa qənaət etməyə çalışan sürücülər avtomobillərini dizellə işləyən və ya az yanacaq yandıran kiçik həcmli mühərriklərə malik avtomobillərlə dəyişmək istədiyindən bazarda təklif artıb, sözügedən avtomobillərin qiyməti isə bahalaşıb. Ən çox dəyər qazanan avtomobillər isə dizellə işləyənlərdir.  Musavat.com-un müxbiri şənbə və bazar günləri fəaliyyət göstərən avtomobil bazarına baş çəkib, …

Read More »

“Mən sizə zabit kimi müraciət edirəm, bu partlayışların arxasında Rusiya dayanır…”

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, general Aleksandr Bortnikova müraciət edərək Ukrayna ərazisində terror əməliyyatlarına son qoymağa çağırıb. Boyukmillet.com lenta.ru-ya istinadən xəbər verir ki, general Qritsak bu haqda Ukrayna telekanallarından birinin efirində deyib. “Mən sizə zabit kimi müraciət edirəm. Hətta müharibə şəraitində qaydalar var ki, xüsusi xidmət əməkdaşları onları poza bilməz. Odessada, Xarkovda, Xersonda və digər …

Read More »

Ermənistanın növbəti “qara sentyabr”ı: Moskva İrəvanı daha təhlükəli oyuna qoşur

Ermənistanın son anda Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) hərbi təlimlərində iştirakdan imtina eləməsi işğalçı ölkənin ekspert dairələrində az qala, şok effekti yaradıb. Rəsmi İrəvanın təlimlərə bir müddət öncə yox, məhz bu təlimlər başlayan gün (!) “yox” deməsi dərhal suallar doğurub (təlimlər sentyabrın 3-dən başlayıb və 11-nə qədər davam edəcək). Əksər təhlilçilər qərarın Moskvanın diktəsi ilə, yəni İrəvanın iradəsi …

Read More »

Bardakı sərxoş rus qızı, yer davası və 25 yaşlı gəncin qətlinin TƏFƏRRÜATLARI

Qətl törətdiyi üçün 18 il müddətinə azadlıqdan məhrum edilən 33 yaşlı Xəyyam Paşayevin ifadəsi məlum olub. O, ifadəsində qətl hadisəsi törətməsinin səbəbini açıqlayıb. Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, Bakıdakı barlardan birində mübahisə etdiyi şəxsi öldürməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Xəyyam Paşayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2017-ci il martın 5-də Səbail …

Read More »

Vladimir Jirinovski Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib

Rusiya Liberal Demokrat Partiyasının lideri, tanınmış siyasətçi Vladimir Jirinovski Rusiya xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən getməsini təklif edib. Boyukmillet.com “APA”ya istinadən xəbər verir ki, Jirinovski Rusiyanın daha sərt siyasət yürütməli olduğunu bəyan edib. O, bu səbəbdən Rusiya XİN başçısının dəyişdirilməsini təklif edib: “Beynəlxalq problemlər qalır. Biz, daha sərt xəttin lazım olduğunu hesab edirik. Prezident olsaydım, xarici işlər nazirinin dəyişdirməkdən başlayardım. …

Read More »

Almaniya Türkiyənin FETÖ Tələbini Rəsmən Rədd Etdi

Merkel hökuməti, Türkiyənin aprel ayında çatdırdığı Almaniyadakı FETÖ üzvlərinin mal varlığının dondurulma tələbini rədd edərək terrorçulara dəstəyini açıqlayıb. Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, Almaniya, Türkiyənin FETÖCÜLƏRİN varlıqlarını dondurma tələbini rəsmi olaraq rədd etdi. Spiegelin xəbərinə görə, adını vermək istəməyən bir səlahiyyətli, Türkiyənin, aprel ayında 80 nəfərlik siyahıyla yanaşı Almaniyadan FETÖ nümayəndələrinin əmlakının dondurulması tələb etdiyini açıqlamışd Dünən iki Alman …

Read More »